...

Türkiyədə koronavirusdan sağalanların sayı 289 minə çatır

Dünya xəbərləri Materials 7 Oktyabr 2020 22:42 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 56 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 8 609 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 581 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 329 138 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 355 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 288 954 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti