...

Türkiyədə koronavirusdan sağalanların sayı 313 mini keçib

Dünya xəbərləri Materials 25 Oktyabr 2020 00:21 (UTC +04:00)
Türkiyədə koronavirusdan sağalanların sayı 313 mini keçib

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində daha 69 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 9 727 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2 091 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 359 784 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 1 573 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 313 093 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti