...

Almaniyada daha 19 990 nəfər koronavirusa yoluxub

Dünya xəbərləri Materials 6 Noyabr 2020 00:29 (UTC +04:00)
Almaniyada daha 19 990 nəfər koronavirusa yoluxub

Bakı. Trend:

Almaniyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 19 990 yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə Robert Kox İnstitutunun hesabatında deyilir.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 597 583 nəfərə çatıb. Son sutka ərzində koronavirusdan daha 118 nəfər ölüb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 10 930 nəfəri vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti