...

Gürcüstanda ötən sutka koronavirusdan 45 nəfər ölüb

Dünya xəbərləri Materials 12 Noyabr 2020 01:29 (UTC +04:00)
Gürcüstanda ötən sutka koronavirusdan 45 nəfər ölüb

Bakı. Trend:

Gürcüstanda ötən sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 45 nəfər vəfat edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Operativ Qərargahının rəhbəri Aleksandr Hocevanişvili bildirib.

Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin sayı 566 nəfərə çatıb.

A.Hocevanişvili qeyd edib ki, ötən sutka ərzində 2 911 nəfər koronavirusa yoluxub, 2 421 nəfər isə koronavirusdan sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti