...

Rusiyada daha 510 nəfər koronavirusdan öldü

Dünya xəbərləri Materials 28 Noyabr 2020 12:50 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 2,24 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 27 100 nəfər virusa yoluxub, 510 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 2 242 633 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 39 068 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 739 470 nəfər virusdan sağalıb, 464 095 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti