Bakı. Trend:
İsveçrə ərazisində koronavirusun yeni ştammı aşkar edilib.
Trend-in məlumatına görə, bu barədə ölkənin Federal Səhiyyə İdarəsi bildirib.
Bildirilib ki, söhbət bundan əvvəl Böyük Britaniyada aşkar edilmiş virusun növündən gedir:
"İsveçrədə Britaniya mənşəli [koronavirusun] yeni bir variantı iki test nümunəsində aşkar edilib".
Söhbət Birləşmiş Krallıqda daimi yaşayış yeri olan şəxslərdən götürülmüş biyomaterial nümunələrindən gedir.