...

"WhatsApp" istifadəçilərinin fərdi məlumatları “Facebook”a ötürüləcək

Dünya xəbərləri Materials 8 Yanvar 2021 19:44 (UTC +04:00)
"WhatsApp" istifadəçilərinin fərdi məlumatları “Facebook”a ötürüləcək

Bakı. Tərcümə: Orxan Nəbiyev - Trend:

“WhatsApp” messenceri hazırda qüvvədə olan istifadəçi razılaşmasını yeniləyib.

Trend-in məlumatına görə, yeni qaydalara əsasən, “WhatsApp” istifadəçilərin fərdi məlumatları “Facebook” və şirkətə aid olan digər sosial şəbəkələrə ötürüləcək.

Qeyd olunur ki, bu, istifadəçilərin vərdişləri və zövqlərinin analizi üçün edilir.

Qeyd edək ki, “Facebook” “WhatsApp”la yanaşı, həm də “Instagram” və “Facebook Messenger”in sahibidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti