...

İranda koronavirusun "Britaniya" ştammına daha 4 yoluxma halı qeydə alınıb

Dünya xəbərləri Materials 10 Yanvar 2021 20:08 (UTC +04:00)
İranda koronavirusun "Britaniya" ştammına daha 4 yoluxma halı qeydə alınıb

Bakı. Trend:

İranda koronavirusun Böyük Britaniyada aşkarlanan yeni ştammına daha 4 yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bunu İranın səhiyyə naziri Səid Namaki deyib.

Onun sözlərinə görə, yeni ştamma yoluxan şəxslər bir ailənin üzvləridir. Onlar yaxın zamanda ölkəyə Avropadan qayıdıblar.

Qeyd edək ki, İranda koronavirusun "Britaniya" ştammına ilk yoluxma halı yanvarın 5-i Böyük Britaniyadan gələn İran vətəndaşında qeydə alınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti