Bakı. Orxan Nəbiyev - Trend:
"Airbus" aviaşirkəti 2020-ci ildə sifarişçilərə 566 təyyarə tədarük edib.
Trend-in məlumatına görə, bu barədə şirkətin hesabatında deyilir.
Bu göstərici 2019-cu illə müqayisədə təxminən 34 faiz azdır. Həmin il "Airbus" 863 təyyarə tədarük etmişdi.
Eyni zamanda, 2020-ci ilin dekabrında şirkət sifarişçilərə 84 təyyarə tədarük edib ki, bu da il ərzində ən yüksək aylıq göstərici olub.
Təyyarə tədarükünün azalması koronavirus pandemiyası ilə əlaqədar qeydə alınıb.