Bakı. Orxan Nəbiyev - Trend:
Almaniyanın cənubunda koronavirusun yeni mutasiyası aşkar edilib.
Trend-in məlumatına görə, Bavariya federak torpağının Qarmiş-Partenkirxen şəhərində 3 nəfər virusun yeni növünə yoluxub. Qeyd olunur ki, bu mutasiya əvvəl heç vaxt müəyyən edilməyib.
Mütəxəssislər bugünədək SARS-CoV-2 virusunun 12 mindən çox mutasiyasını aşkar edib. Yeni mutasiyalardan ən yoluxucusu "Britaniya ştammı" hesab olunur.