Bakı. Orxan Nəbiyev - Trend:
Yerevanda Ermənistanın sabiq prezidenti Robert Koçaryanın məhkəmə prosesi bərpa olunub.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, hazırda dörd aylıq fasilədən sonra məhkəmənin növbəti iclası keçirilir.
Eyni zamanda R.Koçaryanın tərəfdarları məhkəmə binası qarşısında etiraz aksiyası keçirir. Aksiya zamanı hökumət əleyhinə şüarlar səsləndirilir.
Qeyd edək ki, R.Koçaryan 2008-ci ilin martında baş vermiş kütləvi etiraz aksiyaları ilə əlaqədar dövlət çevrilişi cəhdində ittiham olunur.