...

Kipr martın 1-dən sərhədləri açır

Dünya xəbərləri Materials 22 Yanvar 2021 17:11 (UTC +04:00)
Kipr martın 1-dən sərhədləri açır

Bakı. Orxan Nəbiyev - Trend:

Kipr martın 1-dən etibarən bütün ölkələrdən turistlər üçün sərhədləri və hava limanlarını açacaq.

Trend-in məlumatına görə, bunu ölkənin turizm nazirinin müavini Savvas Perdios deyib.

Qeyd olunur ki, Kiprə gələn turistlərdən mənfi koronavirus test nəticələri tələb olunacaq.

Kipr hökuməti yoluxma vəziyyətinə görə ölkələri üç qrupa bölüb. "Qırmızı zona"ya daxil olan ölkələrdən gələn turistlər həm də Kiprdə test verməli olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti