...

Braziliyada koronavirusa yoluxanların sayı 9 milyon nəfəri ötüb

Dünya xəbərləri Materials 29 Yanvar 2021 05:08 (UTC +04:00)

Bakı. Trend:

Braziliyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 9 milyon nəfəri ötüb.

Trend-in ölkənin Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, ötən sutka ərzində koronavirusa 61 811 yoluxma halı qeydə alınıb, 1 386 nəfər koronavirusdan vəfat edib.

Məlumata əsasən, koronavirusa yoluxanların sayı 9 058 687 nəfərə, koronavirusdan ölənlərin sayı isə 221 547 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək 7 923 794 nəfər koronavirusdan sağalıb, 913 346 nəfər həkimlərin nəzarəti altında qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti