Bakı. Trend:
Kubanın şərqində helikopter qəzaya uğrayıb.
Trend-in məlumatına görə, bu barədə Cubadebate portalı ölkənin Müdafiə Nazirliyinə istinadən bildirib.
Məlumata əsasən, helikopterin beş ekipaj üzvü həlak olub.
Helikopter Olqin vilayətindən Quantanamo vilayəti istiqamətində uçub. Bildirilib ki, o təpəyə çırpılıb.