...

Çexiyada aprel ayından etibarən koronavirusa qarşı peyvənd istehsal ediləcək

Dünya xəbərləri Materials 1 Fevral 2021 08:45 (UTC +04:00)
Çexiyada aprel ayından etibarən koronavirusa qarşı peyvənd istehsal ediləcək

Bakı. Trend:

ABŞ-ın "Novavax" əczaçılıq şirkətinin Praqa yaxınlığında yerləşən zavodunda koronavirus peyvəndinin seriya istehsalına və dünya bazarına çıxarılmasına başlanmalıdır.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Çexiyanın Baş naziri Andrey Babiş bildirib.

Baş nazir qeyd edib ki, Çexiyada yerləşən Novavax zavodundan dünya bazarına peyvəndin şatışa çıxarılması aprel ayında başlamalıdır: "Bu, aldığım ən son məlumatdır".

A.Babişin dediyinə görə, dərman hazırda Böyük Britaniyada sınaqdan keçirilir. Effektivliyi təxminən 90 faiz təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti