...

"Facebook" Myanma ordusunun nəzarətində olan telekanalın səhifəsini bağlayıb

Dünya xəbərləri Materials 3 Fevral 2021 03:13 (UTC +04:00)
"Facebook" Myanma ordusunun nəzarətində olan telekanalın səhifəsini bağlayıb

Bakı. Trend:

"Facebook" şirkətinin rəhbərliyi eyniadlı sosial şəbəkədə Myanma ordusunun nəzarətində olan televiziya kanalının səhifəsini bağlayıb.

Trend-in "The Wall Street Journal" qəzetinə istinadən verdiyi məlumata görə, telekanalın səhifəsində hərbçiləri dəstəkləyən paylaşımlar edilirdi və onların bəyanatları yerləşdirilirdi.

"Facebook" nümayəndəsinin sözlərinə görə, sosial şəbəkə rəhbərliyi "Myanmadakı vəziyyəti yaxından izləyir" və "gərginliyin artmasına səbəb ola biləcək dezinformasiya və paylaşımların edilməsi ilə mübarizə aparmaq üçün" tədbirlər görür. Nümayəndə qeyd edib ki, "Facebook" dövlət çevrilişini dəstəkləyən, eyni zamanda şiddətə təhrik edən yazıları silir.

Xatırladaq ki, fevralın 1-i Myanma ordusu hərbi çevriliş edərək, ölkədə 1 il müddətinə fövqəladə vəziyyət rejimi elan etmişdi. Ordu bu addımı ötən ilin noyabr ayında ölkədə keçirilən seçkilərdə çox sayda saktakarlıqların olması ilə əlaqələndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti