...

İran parlamentinin sədri Rusiyaya səfər edəcək

Dünya xəbərləri Materials 4 Fevral 2021 15:45 (UTC +04:00)
İran parlamentinin sədri Rusiyaya səfər edəcək

Bakı. Orxan Nəbiyev - Trend:

İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf gələn həftə Rusiyaya səfər edəcək.

Trend-in məlumatına görə, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.

Səfər çərçivəsində parlament sədri Rusiya parlamentinin və Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşəcək.

Səfər zamanı Rusiyanın "Sputnik V" koronavirus vaksininin İrana tədarükü məsələsinin müzakirəsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti