Bakı. Trend:
Nyu-Yorkun Bronks rayonunda yaşayış evində partlayış baş verib.
Trend-in "ABC News"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 6-sı uşaq olmaqla 9 nəfər xəsarət alıb. Onlardan 2-nin vəziyyəti ağırdır.
Məlumata əsasən, partlayış qaz sızması nəticəsində baş verib.