...

İtaliyada koronavirusdan sağalanlar vaksinin bir dozası ilə peyvəndlənəcək

Dünya xəbərləri Materials 4 Mart 2021 13:51 (UTC +04:00)
İtaliyada koronavirusdan sağalanlar vaksinin bir dozası ilə peyvəndlənəcək

Trend-i buradan izləyin

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyada koronavirusa yoluxub sağalmış şəxslər vaksinin bir dozası ilə peyvənd olunacaq.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi qərar verib.

Qeyd olunur ki, sağalmış şəxsləri xəstəlikdən 3 aydan tez və 6 aydan gec olmayaraq peyvəndləmək tövsiyə edilir. Xəstəliyi həm ağır formada, həm simptomsuz keçirmiş şəxslərin peyvəndlənməsi nəzərdə tutulur.

Bu qərar koronavirusun yeni mutasiyalarının yayılması ilə əlaqədar təkrar yoluxma riskinin artması səbəbi ilə qəbul edilib.

İtaliyada bu günədək 3 milyona yaxın şəxs koronavirusa yoluxub, 98 mindən çoxu ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti