...

İranda ötən sutkada 82 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 6 Mart 2021 15:11 (UTC +04:00)
İranda ötən sutkada 82 nəfər koronavirusdan ölüb

Bakı. Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində 82 nəfər koronavirusdan (COVID 19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verir.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 60 594 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 8 212 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 681 682 nəfərə çatıb. Virus daşıyıcılarından 3 784 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 435 357 nəfər koronavirusdan sağalıb.

Ölkədə indiyədək 11,2 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranda koronavirusa yoluxma üzrə 11 rayon qırmızı, 32 rayon narıncı, 251 rayon sarı və 154 rayon mavi zona hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti