...

Rusiyada son sutkada 368 nəfər koronavirusdan ölüb

Dünya xəbərləri Materials 7 Mart 2021 13:34 (UTC +04:00)
Rusiyada son sutkada 368 nəfər koronavirusdan ölüb

Bakı. Orxan Nəbiyev - Trend:

Rusiyada koronavirusa yoluxanların sayı 4,32 milyonu keçib.

Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 10 595 nəfər virusa yoluxub, 368 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 4 322 776 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 89 094 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 3 911 924 şəxs virusdan sağalıb, 321 758 nəfərin müalicəsi isə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti