...

Dorsinin "Twitter"də ilk paylaşımının qiyməti 2,5 milyon dollara çatıb

Dünya xəbərləri Materials 9 Mart 2021 08:58 (UTC +04:00)
Dorsinin "Twitter"də ilk paylaşımının qiyməti 2,5 milyon dollara çatıb

Bakı. Trend:

"Twitter"in qurucusu Cek Dorsinin bu sosial şəbəkədə ilk paylaşımının qiyməti "Valuables" onlayn-hərracında 2,5 milyon dollara çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə onlayn-hərracının saytında deyilir.

Məlumata əsasən, ilk "tvit"i almaq hüququ uğrunda əsas mübarizə "Bridge Oracle" şirkətinin baş direktoru Hakan Estavi ilə Çinli sahibkar, "Tron" kriptovalyutasının banisi Castin San arasında yaşanıb.

Xatırladaq ki, C.San ötən həftə ilk "tvit"i almaq hüququ üçün 2 milyon dollar təklif irəli sürmüşdü. Buna cavab olaraq H.Estavi təklifi 500 min dollar artıraraq 2,5 milyon dollara çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti