...

Bayden Putini və Si Cinpini iqlim üzrə danışıqlara dəvət edib

Dünya xəbərləri Materials 27 Mart 2021 02:30 (UTC +04:00)
Bayden Putini və Si Cinpini iqlim üzrə danışıqlara dəvət edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin Vaşinqtonun aprel ayında təşkil etmək niyyətində olduğu iqlim üzrə danışıqlara dəvət ediliblər.

Trend-in Ağ Evə istinadən verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Cozef Bayden jurnalistlərə açıqlamasında deyib.

C.Bayden RF və ÇXR liderlərinin danışıqlara dəvət olunub-olunmaması ilə bağlı suala cavabında bildirib: "Hələki yox, lakin onlar dəvət olunduqlarını bilirlər. Mən hələki onlarla bu barədə danışmamışam".

Qeyd edilir ki, iqlim üzrə danışıqlara Vladimir Putin və Si Cinpindən başqa Braziliya, Avstraliya, Kanada, Fransa, Almaniya, Hindistan, İsrail, İtaliya, Yaponiya, Meksika, Polşa, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, İspaniya, Türkiyə, BƏƏ, Böyük Britaniya liderləri, həmçinin Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa Şurasının sədri Şarl Mişel də dəvət olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti