...

"Taliban" xarici qoşunların mayın 1-dək ölkədən çıxarılmasını tələb edib

Dünya xəbərləri Materials 15 Aprel 2021 16:05 (UTC +04:00)
"Taliban" xarici qoşunların mayın 1-dək ölkədən çıxarılmasını tələb edib

Bakı. Orxan Nəbiyev - Trend:

"Taliban" təşkilatı mayın 1-dək beynəlxalq qoşunların Əfqanıstanı tərk etməsini tələb edib.

Trend-in məlumatına görə, bu barədə təşkilatın yayımladığı bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, qoşunların çıxarılmasının ləngidilməsi tərəflər arasında əldə olunan Doha razılaşmasının pozulmasına gətirib çıxara bilər.

Qeyd edək ki, ABŞ pezidenti Co Bayden ötən gün ABŞ qoşunlarının sentyabrın 11-dək Əfqanıstandan çıxarılacağını elan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti