...

İraqda hərbi baza raket hücumuna məruz qalıb

Dünya xəbərləri Materials 18 Aprel 2021 22:51 (UTC +04:00)
İraqda hərbi baza raket hücumuna məruz qalıb

Bakı. Trend:

İraq Hərbi Hava Qüvvələrinin Bağdad yaxınlığında yerləşən bazası raket hücumuna məruz qalıb.

Trend-in məlumatına görə, bu barədə "Shafaq news" portalı mənbəyə istinadən xəbər verir.

Məlumata əsasən, bazaya azı 4 raket atılıb, insident nəticəsində 5 nəfər xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar İraq hərbçiləridir, onlardan biri xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti