...

Ermənistanın İsraildəki səfirinə qarşı ittiham irəli sürülüb

Dünya xəbərləri Materials 19 Aprel 2021 15:31 (UTC +04:00)
Ermənistanın İsraildəki səfirinə qarşı ittiham irəli sürülüb

Bakı. Orxan Nəbiyev - Trend:

Ermənistan istintaq komitəsi bu ölkənin İsraildəki səfiri Armen Smbatyana ittiham irəli sürüb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, səfir 2006-2007-ci illərdə mədəniyyət naziri olmuş Asmik Poqosyana iri məbləğdə pulların yuyulmasında kömək etməkdə ittiham olunur.

Qeyd olunur ki, hazırda səfir olan A.Smbatyan həmin dövrdə Yerevanın mərkəzində yerləşən binanın və torpaq sahəsinin nazirin müəssisəsinin mülkiyyətinə keçirməkdə kömək edib.

Həmin torpaq sahəsi 550 min dollara A.Poqosyana məxsus olan və Britaniya Virgin adalarında qeydiyyatdan keçirilmiş şirkətə satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti