Əfqanıstanda daşqınlar zamanı 30-dan çox şəxs həlak olub

Dünya xəbərləri Xəbər 5 May 2021 10:52 (UTC +04:00)
Əfqanıstanda daşqınlar zamanı 30-dan çox şəxs həlak olub

Bakı. Orxan Nəbiyev - Trend:

Əfqanıstanda baş vermiş daşqınlar nəticəsində 34 nəfər həlak olub.

Trend-in məlumatına görə, 14 nəfər itkin düşmüş hesab olunur.

Daşqınlar Əfqanıstanın Herat, Bədəxşan, Baqlan və digər əyalətlərində qeydə alınıb.

Fəlakət zonasında axtarış-xilasetmə işləri aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti