...

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 20 nəfər həlak olub

Dünya xəbərləri Materials 11 May 2021 02:05 (UTC +04:00)

Bakı. Trend:

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində doqquz uşaq daxil olmaqla ən az 20 fələstinli öldürüldü, 65 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə WAFA agentliyi xəbər verib.

Məlumata əsasən, İsrailin pilotsuz uçuş aparatı Beyt Hanun şəhərinin şərqində bir qrup insana raket zərbələri endirdi.

Hücumlar İsrailin Qəzza zolağından buraxıldığı raket atəşləriə cavab olub. İsrail ordusunun verdiyi məlumata görə, ən az 45 raket buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti