...

Bezos "Amazon"un rəhbəri vəzifəsini tərk edəcəyi tarixi açıqladı

Dünya xəbərləri Materials 27 May 2021 01:25 (UTC +04:00)
Bezos "Amazon"un rəhbəri vəzifəsini tərk edəcəyi tarixi açıqladı

Bakı. Trend:

"Amazon" şirkətinin baş direktoru Cef Bezos vəzifəsindən istefa verəcəyi tarixi açıqlayıb.

Trend-in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, C.Bezos səhmdarların iclasında iyulun 5-i istefa verəcəyini bildirib.

Məlumata əsasən, şirkətin baş direktoru vəzifəsini hazırda bulud xidməti "Amazon Web Services"in rəhbəri olan Endi Cessi təyin ediləcək.

Bildirilir ki, C.Bezos vəzifəsindən istefa verəndən sonra şirkətin icraçı sədri olacaq və diqqətini yeni layihə və təşəbbüslərə yönəldəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti