...

Fransada qayıqlarla Böyük Britaniyaya keçmək istəyən 80 miqrant xilas edilib

Dünya xəbərləri Materials 19 İyun 2021 02:14 (UTC +04:00)
Fransada qayıqlarla Böyük Britaniyaya keçmək istəyən 80 miqrant xilas edilib

Bakı. Trend:

Fransa dəniz xidmətləri Pas-deKale boğazını keçməyə çəhd göstərən qanunsuz miqrantların olduğu bir neçə gəmini saxlayıb.

Trend-in məlumatına görə, bu barədə La-Manş və Şimal Dənizi zonasının prefekturası bildirib.

Məlumata əsasən, miqrantlar oradan Böyük Britaniyaya keçmək istəyib. Bildirilib ki, ümumilikdə 80 nəfər xilas edilib.

Hakimiyyət orqanlarının verdiyi məlumata görə, xilasedicilər 2 qayıqda 42 miqrant aşkar edib. Onlar Bulon-syur-Mer limanına sahilə çıxarılıb və həkimlər tərəfindən müayinə edilib. Bundan sonra xilasedicilər daha 38 qanunsuz miqrantı başqa bir gəmidən çıxarıb Kale limanına aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti