...

İran XİN Britaniya səfirinə etiraz notası təqdim edib

Dünya xəbərləri Materials 19 İyun 2021 13:40 (UTC +04:00)

Bakı. Elnur Bağışov – Trend:

Böyük Britaniyanın Tehrandakı səfiri Robert Makair İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılaraq ona etiraz notası verilib.

Trend-in məlumatına görə, bunu İranın XİN-in mətbuat katibi Səid Xətibzadə deyib. Onun sözlərinə görə, ötən gün prezident seçkilərində London və Birminqhem şəhərlərində iranlı seçicilərə qarşı əks-inqilabçılar tərəfindən müxtəlif təzyiqlər olunub.

Qeyd edək ki, İranda 13-cü çağırış prezident seçkiləri ötən gün (18 iyun) keçirilib. Seçkilər ölkədən kənarda 133 nümayəndəlikdə 234 seçki məntəqəsində təşkil olunub.

İranın Seçki Komissiyasının prezident seçkiləri ilə əlaqədar ilkin nəticələrinə əsasən 28,6 milyon səs sayılıb. Sayılan səslərə görə, İranın Məhkəmə Sisteminin sədri və mühafizəkarlar düşərgəsinin təmsilçisi İbrahim Rəisi 17,8 milyon (62%) səs qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti