...

İranda yük qatarı aşıb: Yaralılar var

Dünya xəbərləri Materials 8 İyul 2021 18:59 (UTC +04:00)
İranda yük qatarı aşıb: Yaralılar var

Bakı. Elnur Bağışov - Trend:

İranın şimalında yerləşən Simnan vilayətində yük qatarı aşıb.

Trend-in məlumatına görə, bunu İranın Simnan Qırmızı Aypara Cəmiyyətinin sədri Müzəffər Məhəmmədxani jurnalistlərə açıqlamasında deyib.

M.Məhəmmədxaninin sözlərinə görə, Aradan-Sorxə arasında qatar relsdən çıxıb. Nəticədə maşinist və iki köməkçisi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Məhəmmədxani deyib ki, hadisəyə səbəb qatardakı texniki nasazlıq olub.
Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti