Bakı. Orxan Nəbiyev - Trend:
Əfqanıstanın təhlükəsizlik qüvvələri "Taliban" hərəkatının kəşfiyyat xidmətinin rəhbəri Kari Şaqasini zərərsizləşdirib.
Trend-in məlumatına görə, bu barədə Əfqanıstanın Daxili İşlər Nazirliyi bildirib.
Qeyd olunur ki, təhlükəsizlik qüvvələrinin əməliyyatı Loqar əyalətində keçirilib.
Əməliyyat zamanı, həmçinin K.Şaqasinin iki əlaltısı saxlanılıb.