Bakı. Trend:
Əfqanıstan prezidentinin Kabildəki sarayı istiqamətində bir neçə raket atılıb.
Trend-in məlumatına görə, bu barədə "Sinhua" agentliyi mənbələrə istinadən xəbər verir.
Məlumata əsasən, raketlər Əfqanıstan prezidenti Əşrəf Qani və digər yüksəkvəzifəli şəxlərin də qatıldığı Qurban Bayramı namazı zamanı atılıb.
Raketlər sarayın yaxınlığına düşüb. Ölənlər və xəsarət alanlar barədə məlumat verilmir.