...

Pakistanda "TikTok" yenidən qadağan edilib

Dünya xəbərləri Materials 21 İyul 2021 11:59 (UTC +04:00)
Pakistanda "TikTok" yenidən qadağan edilib

Bakı. Çingiz Səfərli - Trend:

Pakistanda "TikTok" sosial şəbəkəsinin fəaliyyəti "uyğunsuz məzmun" səbəbindən növbəti dəfə qadağan edilib.

Trend xəbər verir ki, bu barədə Pakistanın Telekommunikasiya Agentliyi məlumat yayıb. Məlumatda qeyd olunub ki, "uyğunsuz məzmunlar" sosial şəbəkədə yayılır və platforma bu tip məzmunların silinməsi istiqamətində lazımi səviyyədə iş aparmır. Bu səbəbdən də sosial şəbəkəyə ölkədən giriş qadağan edilir.

Qeyd edək ki, Pakistan keçən ilin oktyabrından bəri "TikTok"un ölkədə fəaliyyətinə qadağa qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti