...

Türkiyədə son sutkada koronavirusdan 5 585 nəfər sağalıb

Dünya xəbərləri Materials 26 İyul 2021 23:41 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 63 nəfər vəfat edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 224 198 nəfər test edilib, 16 809 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 5 585 nəfər sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti