...

Yeni Zelandiyada ağır yol qəzası olub, 5 nəfər ölüb

Dünya xəbərləri Materials 8 Avqust 2021 06:30 (UTC +04:00)
Yeni Zelandiyada ağır yol qəzası olub, 5 nəfər ölüb

Bakı. Trend:

Yeni Zelandiyanın Cənub adasında yerləşən Timaru şəhərində minik avtomobili beton dirəyə çırpılıb.

Trend-in "The New Zealand Herald" qəzetinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində avtomobildə olan 5 sərnişin həlak olub, sürücü isə xəsarət alıb.

Məlumata əsasən, ağır xəsarətlər alan sürücü xəstəxanaya çetdırılıb.

Bildirilir ki, həlak olanlardan biri 15 yaşlı yeniyetmə olub.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti