Bakı. Orxan Nəbiyev - Trend:
Niderlandın müdafiə nazirinin vəzifələrini icra edən Ank Beyleveld Əfqanıstandan qaçqınların təşkil olunmasının uğursuzluğu ilə əlaqədar istefa verib.
Trend-in məlumatına görə, ölkə parlamentində deputatlar Əfqanıstan böhranı ilə bağlı bir neçə nazirin istefasını tələb edib.
Qeyd edək ki, bu gün, həmçinin Niderlandın xarici işlər naziri Siqrid Kaaq istefa vermişdi.
Deputatların fikrincə, Niderland hökuməti Kabildəki vəziyyətin kəskinləşməsinə gec reaksiya verib və həyatı təhlükədə olan əfqanların təxliyəsi üçün zəruri addımlar atmayıb.