Bakı. Orxan Nəbiyev - Trend:
Rusiyada keçirilmiş parlament seçkilərində səslərin 80,19 faizi sayılıb.
Trend-in Rusiya Mərkəzi Seçki Komissiyasına istinadən məlumatına görə, hakim "Vahid Rusiya" partiyası 49,4 faiz səslə liderlik edir.
İlkin hesablamalara görə, partiya Dövlət Dumasında 315 yer əldə edəcək.
Bundan başqa, 5 faizlik səddi Rusiya Kommunist Partiyası (19,8 faiz), Rusiya Liberal-Demokrat Partiyası (7,5 faiz), "Ədalətli Rusiya" (7,37 faiz) və "Yeni insanlar" (5,37 faiz) partiyaları keçib.
Qeyd edək ki, Rusiyada Dövlət Dumasına seçkiləri sentyabrın 17-19-da keçirilib.