...

Avropa Şurasının rəhbəri Aİ-nin müdafiə qabiliyyətini gücləndirməyin zəruriliyini bildirib

Dünya xəbərləri Materials 21 Sentyabr 2021 02:16 (UTC +04:00)
Avropa Şurasının rəhbəri Aİ-nin müdafiə qabiliyyətini gücləndirməyin zəruriliyini bildirib

Bakı. Trend:

Avropa İttifaqına (Aİ) Avstraliyanın sualtı qayıqlarının yaradılması üçün Fransa ilə müqavilədən imtina etməsi ilə əlaqədar vəziyyət fonunda, öz müdafiə potensialını gücləndirmək üçün daha çox səy göstərmək lazımdır.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Avropa Şurasının sədri Şarl Mişel bildirib.

O qeyd edib ki, Avstraliya ilə Fransa arasındakı müqaviləyə xitam verildiyi bir vəziyyətdə ABŞ Avropa müttəfiqlərinə münasibətdə etibarlılıq çatışmazlığını nümayiş etdirdi:

"Müttəfiqlər üçün əsas prinsiplər - şəffaflıq və güvən, bunlar birlikdə gedir. Biz isə nə görürük? Şəffaflığın və etibarlılığın çatışmadığını görürük".

Onun sözlərinə görə, Aİ Fransa ilə müqaviləni ləğv etmək qərarının arxasında hansı məqsədlərin dayandığını daha yaxşı anlamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti