...

Ekvadorda həbsxanada toqquşmalar zamanı ölənlərin sayı 100-ü keçib

Dünya xəbərləri Materials 30 Sentyabr 2021 07:01 (UTC +04:00)

Bakı. Trend:

Ekvadorun Quyakil şəhərində yerləşən həbsxanada baş verən toqquşmalar zamanı ölənlərin sayı 100 nəfəri ötüb.

Trend-in məlumatına görə, bu barədə Ekvadorun Prezidenti Gilyermo Lasso "Facebook"da yayımlanan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, toqquşmalarda 116 nəfər həlak olub, 80 nəfər isə xəsarət alıb.

Prezident bildirib ki, həbsxanadakı vəziyyətlə əlaqədar olaraq ölkənin penitensiar sistemində 60 günlük fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti