...

Meksikada daşqın səbəbindən 2,4 mindən çox insan təxliyə edilib

Dünya xəbərləri Materials 2 Oktyabr 2021 02:56 (UTC +04:00)
Meksikada daşqın səbəbindən 2,4 mindən çox insan təxliyə edilib

Bakı. Trend:

Xilasedicilər Meksikanın Keretaro ştatındakı San-Xuan-del-Rio və Tekiskyapan rayonlarının 2,4 mindən çox sakinini təxliyə edib.

Trend-in məlumatına görə, bu barədə "Milenio" qəzeti xəbər verib.

Bölgəyə yağan güclü yağışlar San-Xuan çayının daşmasına səbəb oldu.

Ölən və ya yaralılar haqqında məlumat verilməyib, maddi ziyanın təxmini miqdarı hələ müəyyən edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti