...

Tramp "Twitter" hesabının bərpası üçün məhkəməyə müraciət edib

Dünya xəbərləri Materials 2 Oktyabr 2021 10:39 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Twitter" hesabının müvəqqəti qaytarılması üçün Florida ştat məhkəməsinə müraciət edib.

Trend-in məlumatına görə, bu barədə "Bloomberg" agentliyi yazır.

Qeyd olunur ki, D.Tramp hesabın tam qaytarılması ilə bağlı məhkəmə çəkişməsinin davam etdiyi müddət ərzində "Twitter" səhifəsinin müvəqqəti aktivləşdirilməsini tələb edir.

D.Tramp öz hesabının siyasi rəqiblərinin təzyiqi ilə bağlandığını bildirib.

Xatırladaq ki, ABŞ-ın sabiq prezidentinin "Twitter" hesabı, eləcə də digər sosial şəbəkə səhifələri bu ilin əvvəlində ABŞ Konqresinə hücumdan sonra bağlanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti