...

Tibb və fiziologiya üzrə Nobel mükafatının qalibi açıqlanıb

Dünya xəbərləri Materials 4 Oktyabr 2021 13:52 (UTC +04:00)
Tibb və fiziologiya üzrə Nobel mükafatının qalibi açıqlanıb

Bakı. Orxan Nəbiyev - Trend:

Bu gün İsveçin paytaxtı Stokholmda 2021-ci il Nobel həftəsi start götürüb.

Trend-in məlumatına görə, bu gün tibb və fiziologiya üzrə mükafatın sahibi açıqlanıb.

Bu il bu mükafatı amerikalı fizioloq Devid Culius əldə edib.

O, orqanizmdə temperatur və toxunuş reseptorlarını kəşf etdiyinə görə Nobel mükafatına layiq görülüb.

Qeyd edək ki, Nobel həftəsi çərçivəsində oktyabrın 5-də fizika, oktyabrın 6-da kimya, 7-də ədəbiyyat, oktyabrın 8-da sülh və oktyabrın 11-də iqtisadiyyat üzrə Nobel mükafatlarının laureatları açıqlanacaq.

Mükafatlar bu il dekabrın 10-da sahiblərinə təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti