...

Bitkoinin qiyməti tarixi rekordu yenilədi

Dünya xəbərləri Materials 20 Oktyabr 2021 18:21 (UTC +04:00)
Bitkoinin qiyməti tarixi rekordu yenilədi

Bakı. Orxan Nəbiyev - Trend:

Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti tarixi rekordu yeniləyib.

Trend bu barədə "Coinmarketcap" portalına istinadən məlumat verir.

Bu gün kriptovalyutanın qiyməti 66 208 dolları ötüb. Son saatlarda bitkoin 66 min dollar ətrafında alınıb-satılır.

Son sutka ərzində bitkoin 6 faizə yaxın bahalaşıb.

Qeyd edək ki, buna qədər ən yüksək göstərici aprel ayında qeydə alınmış, bitkoinin qiyməti 64 min dolları ötmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti