...

Rusiyada "Samsung" smartfonlarının 60-dan çox modelinin satışı qadağan edilib

Dünya xəbərləri Materials 21 Oktyabr 2021 14:38 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Moskva arbitraj məhkəməsi "Samsung Electronics"in Rusiyadakı törəmə müəssisəsinə "Samsung" smartfonlarının 61 modelini ölkə ərazisində satmağı qadağan edib.

Trend-in məlumatına görə, qərar "Samsung Pay" ödəniş xidmətinin istifadəsi ilə bağlı patent mübahisəsi ilə əlaqədar verilib.

Məhkəmə qərarına əsasən, Rusiyaya "Samsung Galaxy Z Flip", "Samsung Galaxy Fold", "Samsung Galaxy Z Fold 2", "Samsung Galaxy S21", "Samsung Galaxy S21+", "Samsung Galaxy S21 Ultra 5G", "Samsung Galaxy S20 FE", "Samsung Galaxy S20", "Samsung Galaxy S20+", "Samsung Galaxy S20 Ultra", "Samsung Galaxy S10e", "Samsung Galaxy S10", "Samsung Galaxy S10+", "Samsung Galaxy S10 Lite", "Samsung Galaxy S9", "Samsung Galaxy S9+", "Samsung Galaxy S8" və bir sıra digər modellərin idxalı və satışı qadağan edilir.

Qeyd edək ki, iyul ayında Moskva arbitraj məhkəməsi patent hüquqları ilə əlaqədar "Samsung Pay" xidmətinin Rusiyada işini dayandırmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti