Bakı. Trend:
ABŞ COVİD-19 koronavirusunun bioloji silah kimi hazırlanmadığı qənaətinə gəlib.
Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Kəşfiyyat Şurasının dərc etdiyi hesabata deyilir.
Bildirilir ki, əksər agentliklər az ehtimalla virusun genetik cəhətdən dəyişdirilməmiş ola bildiyini bildirirlər. Bununla belə, iki agentlik belə bir qiymətləndirmə aparmaq üçün kifayət qədər məlumat olmadığını hesab edir.
ABŞ-ın müvafiq agentlikləri virusun mənşəyi ilə bağlı konsensusa gəlməyiblər və COVID-19-un mənşəyi ilə bağlı iki fərziyyə irəli sürürlər: heyvandan yoluxma və laboratoriyanın işiylə bağlı insident.