Bakı. Trend:
Rusiyada son sutka ərzində 39 160 nəfər koronavirusa yoluxub.
Trend-in məlumatına görə, 1 211 nəfər isə vəfat edib. Bir gün əvvəl 1 190 nəfər həyatını itirmişdi. Bu, pandemiyanın başladığı vaxtdan qeydə alınan ən yüksək göstəricidir.
Bugünədək Rusiyada koronavirusa yoluxanların sayı 8 873 655 nəfərə, ölənlərin sayı isə 249 215 nəfərə çatıb.