...

ABŞ-da 10 minədək dəniz piyadası ordudan qovula bilər

Dünya xəbərləri Materials 22 Noyabr 2021 02:15 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Dəniz Piyadaları Korpusunun 10 000-ə yaxın hərbi qulluqçusu hələ də koronavirusa qarşı peyvənd olunmaq tələbini yerinə yetirmədiyi üçün Silahlı Qüvvələrdən qovula bilər, baxmayaraq ki, bunun üçün son tarix noyabrın 28-də başa çatır.

Trend xəbər verir ki, bu günə qədər dəniz piyadalarının təxminən 94% -i peyvənd olunub, lakin bu, digər qoşun növləri ilə müqayisədə hələ də ən aşağı göstəricilərdən biridir.

Quru Qoşunlarında qulluqçuların 95%-i azı bir doza peyvənd alıb, tam peyvənd üçün son tarix dekabrın 15 gözstərilir. Eyni zamanda, Hərbi Dəniz Qüvvələrində hərbçilərin 99,7%-i ən azı bir doza qəbul edib, burada da noyabrın 28-dək tam peyvənd olunmaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti