...

Avstriyanın yeni kansleri and içib

Dünya xəbərləri Materials 6 Dekabr 2021 16:44 (UTC +04:00)
Avstriyanın yeni kansleri and içib

Bakı. Orxan Nəbiyev - Trend:

Avstriyanın yeni kansleri Karl Nehammerin andiçmə mərasimi keçirilib.

Trend-in məlumatına görə, yeni kanslerin inauqurasiyasını ölkə prezidenti Aleksander van der Bellen qəbul edib.

K.Nehammer bu vəzifədə Aleksander Şallenberqi əvəz edib. A.Şallenberq yeni hökumətdə xarici işlər naziri olacaq.

Qeyd edək ki, Avstriyadakı hakim Xalq Partiyasının sədri Sebastyan Kurts oktyabr ayında istefa vermiş, onu Aleksander Şallenberq əvəz etmişdi.

Dekabrın 3-də S.Kurts, həmçinin partiya sədri vəzifəsindən istefa verib. Karl Nehammer partiyanın sədri seçildikdən sonra kansler təyin olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti